Haqqımızda

 Biz kimik?

“Ayna” 2022-ci ildən etibarən gender əsaslı zorakılığa qarşı mübarizə aparan və bu istiqamətdə fəaliyyətlər icra edən təşəbbüs qrupudur. Ayna Təşəbbüs Qrupu müxtəlif sahələrdə ixtisaslaşmış mütəxəssisləri, sosial işçilər, hüquqşünaslar, vəkillər, psixoloqlar və psixiatrları birləşdirən platformadır. 

Yarandığı gündən etibarən Ayna Təşəbbüs Qrupu gender əsaslı zorakılığı təcrübə etmiş qadın və kuirlərə psixoloji yardımların, hüquqi dəstəyin, həmçinin sosial xidmətlərə çıxışın təşkili istiqamətində işlər görür. 

Cəmiyyətdə gender əsaslı zorakılığa qarşı mübarizə məqsədilə sosial işçilərin hazırlanması, bu istiqamətdə təlim və tədrisin təşkilini həyata keçirir. 

Dəyərlərimiz

Ayna Təşəbbüs qrupu olaraq aşağıdakı dəyərlər və prinsipləri rəhbər tutaraq fəaliyyət göstəririk:

  1. Ədalətlilik  –  qadın və kuirlərə qarşı cəmiyyətdə mövcud olan ayrı-seçkiliyin bütün növlərini aradan qaldırmaq və ədalətli mühit formalaşdırmaq;
  1. İnklüzivlik və müxtəliflik – Hər kəsə fərdi yanaşma, ehtiyaclara uyğun dəstək göstərmək;
  1. Həmrəylik – gender əsaslı zorakılığa qarşı birgə mübarizə aparmaq;
  1. Bərabərlik – qadınlar və kuirlərin ədalətli şəkildə bütün imkanlara (iqtisadi, psixoloji, hüquqi və s.) çıxışını təmin etmək.

Misiyamız

Missiyamız, fərqliliyin qəbul edildiyi, hər kəsin özünü təhlükəsiz və dəyərli hiss etdiyi bir cəmiyyət inşa etməkdir. İcra etdiyimiz müxtəlif tədbirlər, maarifləndirmə kampaniyaları və dəstək proqramları vasitəsilə fərdləri gücləndirməyi, birlik və həmrəylik ruhunun yayılmasını hədəfləyirik.

Vizyonumuz

Ayna Təşəbbüs Qrupu olaraq vizyonumuz, zorakılığın və ayrı-seçkiliyin olmadığı, hər bir fərd üçün təhlükəsiz və laiqli həyat şərtlərinin təmin edildiyi bir cəmiyyətin formalaşmasına nail olmaqdır.  

Fəaliyyət istiqamətləri

Ayna Təşəbbüs Qrupu qadınlara və quir şəxslərə müxtəlif istiqamətlərdə dəstək göstərir:

  • Gender zorakılığına qarşı mübarizə məqsədilə sosial işçilərin hazırlanması;
  • Benefisiarlar və sosial işçilər arasında əlaqənin yaradılması və konsultasiyanın təşkili;
  • Gender zorakılığını təcrübə etmiş şəxslərin sosial-iqtisadi, hüquqi və psixoloji xidmətlərə çıxışının təmin edilməsi;
  • Gender zorakılığını təcrübə etmiş şəxslər üçün yardımların, inaə və dəstək kampaniyalarının təşkili.
  • Azərbaycanda gender əsaslı zorakılıqla bağlı dataların toplanması, statistik hesabatların hazırlanması və advokasi fəaliyyətinin təşkil edilməsi;
AZE